• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2116
— 10.10.2022 20:50

​Sakinlərin kabusuna çevrilən sahibsiz küçə itləri nə vaxt yığışdırılacaq?

KepezTV Player

Sakinlərin kabusuna çevirilən sahibsiz küçə itləri. Onlara şəhərin istənilən yerində rast gəlmək mümkündür. İstər mərkəz olsun, istər şəhərin kənarı.  Artıq sakinlər bu itlərin qorxusundan necə deyərlər çölə çıxa bilmirlər. İş o həddə çatıb ki, it dişləməsi ilə bağlı həkimə müraciət edənlərin sayı da artır. Bir neçə ay bundan əvvəl isə Gəncədə sahibsiz itlər üçün sığınacağın inşa olunduğu haqqında məlumat vermişdik. Vəziyyətin nə yerdə olduğunu qarşıdaşı videomaterialdan öyrənəcəyik.

Sakinlərin kabusuna çevirilən sahibsiz küçə itləri nə vaxt yığışdırılacaq?

Bilirsiz yoldaş Zeynalov gecəmiz yox, gündüzümüz yox. Axı belə olmaz axı. Hələ utanıram çoxunu deyə bilmirəm. Hələ mən Teziki demirəm, Teziki. Arvadındı? Xeyir canım tanış itdi, qonşunun itidir. İtin bu məsələyə nə dəxli? Dəxli var yoldaş Zeynalov.

Bəli bizim təqdim edəcəyimiz sujetdə də tezik kimi itlərin məsləyə dəxli böyükdür. Belə ki, şəhərin istənilən yerində rast gəlinən sahibsiz küçə itləri  sakinlərin lap kabusuna çevrilib. Hətta sürü halında olan itlər dəfələrlə uşağa, qadına, yaşlı insanlara hücum ediblər.

İstər gecə olsun, istər gündüz olsun. Gəncədə sahibsiz küçə itləri bu cür sürü halında gəzir. İtlərin bu cür sürü halında gəzməsi isə insan həyatı üçün təhlükə yaradır.

Faiq Əsgərov - sakin: Məktəbə gedən uşaqlar gedə bilmir, gələ bilmir. Müəllimələr məktəbə gedir it üstünı cümur. Səhər olanda mən nə qədər müəllimənin yanından iti qovuram ki, getsinlər. İtlər buradan yığmaq lazımdır ki, camaat rahat gedib gəlsin.

Asəf Xəlilov - sakin: Peşə məktəbinin qarşısında Abbas Səhət tərəfdə də çox təhlükəlidir. Səhər uşaqları aparmaq olmur. Ən çox da zibil qablarının böründə olur. Hucum edirlər, sürü halında gəzirlər.

Aylin Aslanova - şagird: Məktəbə gedəndə itlər üstümə cumur. Problem yaradır. Ona görə də itlər yığşırsınlar.

Rəşad Hüseynov - şagird: Bizə təhlükə yardaır, ən çox da balaca uşaqlara təhlükəlidir. Ona görə də yığışdırmalqları yaxşı olar.

Adəm Məmmədzadə - şagird: Mən bacımla məktəbə gedib gələndə sahibsiz küçə itləri bizi qorxudur, bizə təhlükə yaradır. İstiyərdim ki, bu itlər yığışdırılsın.

Məsələnin ciddiliyini Gəncə şəhər Birləşmiş Xəstəxanasının təcili yardım şöbəsinə it dişləməsi diaqnozu ilə edilən müraciətlərin çoxluğu da sübüt edir. Belə ki son 9 ayda şöbəyə 913 nəfər bu diaqnozla qəbul edilib.

Mirqalib Seyidov - həkim: İt dişləmiş insanın yara nahiyyəsi perekslə yuyulur, ilk yardım olaraq quduzluq əleyhinə vaksin vurulur. Əgər itin yeri məlumdusa gəldiyi günü, 3 gün sonra və 7 gün sonra quduzluq əleyhinə vaksin vurulur. Əgər itin yeri nəmalumdusa 3 ay müddətində gəldiyi günü üçüncü günü, 7, 14, 28 və 90-ı günü quduzluq əleyhinə vaksin vurulmalıdı.

Gəncədə sahibsiz itlərə  xüsusi sığınacağın inşa edildiyi haqqında məlumat verilmişdik. Qərb bölgəsində ilk dəfə olaraq Gəncədə sahibsiz itlər üçün pilot layihə olaraq belə bir məkan inşa edilməli idi.

Bura şəhərin Atabəylər prospektidir. İlin əvvəlində burada sahibsiz itlər üçün sığnacaq inşa edildi. Hazırda gördüyünüz kimi sığınacağın qapısı da bağlıdı. Sığnacağın qapısının bağlı olması və həmçinin fəaliyyət göstərməməsi bu məsələni gündəmə gətirdi. Nəyə görə bu sığınacaq fəaliyyət göstərmir.

Gəncə Şəhər İcra Hakimiyyəti, Gəncə İctimai İştirakçılıq Məclisi və Gəncə şəhər Kəpəz Bələdiyyəsinin birgə təşəbbüsü ilə 4 sota yaxın yerdə inşa edilən bu sığınacağın fəaliyyətsizliyinə cavab belədir.

Vüsal Balayev - Gəncə şəhər MKTİB-nin rəsmisi: Sığınacaq yaxın vaxtlarda istifadəyə veriləcəckdir. Hazırda sığınacaqda Gəncə Şəhər Mənzil Təsərrüfatı İstehsalat Birliyinin Təmir-bərpa və tikinti şöbəsinin əməkdaşları tərəfindən son tamalanma işləri aparılır. İctimai əsaslarla fəaliyyət göstərəcək olan sığınacaqda ilkin olaraq 50 heyvanın yerləşdirilməsi üçün şərait yaradılacaq. Sığınacaqda heyvanların qidalandırılması, baytar tərəfindən müayinə və müalicəsi, həmçinin peyvəndlənməsi təmin olunacaq. Sığınacaqda bir müddət baytar həkimlərin nəzarəti altında qalacaq sahibsiz heyvanalar tam təhülkəsiz hesab edildikdən sonra, qulaqlarına nömrələnmış  birkalar vurularaq yenidən şəhər ərazisinə buraxılacaqlar.Buda qısa müddət ərzində şəhər ərazisində insanlar üçün təhülkə yaradan və sakinlərin rahatlığını pozan aqressiv sahibsiz heyvanaların sayının azalmasına zəmin yaradacaqdır.

Sığınacaq fəaliyyətə başlayandan sonra bəlkə də problem bir qədər səngəyər, təhlükə aradan qalxar, sahibsiz itlərlə bağlı məsələ bu qədər ictimai diqqət çəkməz.

Elnur Vahidoğlu