• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2432
— 10.10.2022 20:35

Xocalıdan Gəncəyədək davam edən erməni terroru

KepezTV Player

1992-ci ilin fevralı. Soyuq qış gecəsi. Ermənilərin Xocalıya hücumu. Dinc əhalinin başına gətirilən dəhşətlər. 2020-ci ilin oktyabrı. Payızın elə də soyuq olmayan gecəsi. Ermənistan ərazisindən hədəfə alınan Gəncə şəhəri. Gecəni dəhşət içərisində keçirən dinc sakinlər. Ssenari eyni, ifaçı eyni. Dünya isə ermənilərin iç üzünü ya görmür, ya da görmək istəmir.

Biz hələ yaxın keçmişi xatırlatdıq. Ermənilərin azərbaycanlılara qarşı törətdikləri terror, vandalizm aktlarının tarixi isə çox-çox illər əvvələ dayanır. 1905-ci ildən başlayan kütləvi qırğınlar 1918-ci ilin Quba soyqırımı, mart soyqırımı, daha sonralar Malıbəyli, Quşçular, Qaradağlı, Ağdaban, Ballıqaya, Başlıbel faciələrinə yol açdı. Və ermənilərin erməniliyinin ən bariz sübutu. Bəşəriyyətin indiyədək gördüyü ən dəhşətli qətliamlardan biri – Xocalı soyqırımı. Ağlasığmaz işgəncələrə məruz qalan əliyalın əhali, öldürülən uşaq, qadın, qoca. İllər keçir və bu qandonduran səhnələr bir də Gəncədə təkrarların. Gecənin bir yarısı başına sözün həqiqi mənasında od yağdırılan dinc sakinlər. Erməni vəhşiliyinin qurbanı olan qadınlar, qocalar, körpələr...

Ermənilərin əsrlərdir davam edən etnik təmizləmə, soyqırımı siyasəti nəticəsində minlərlə günahsız azərbaycanlı qətlə yetirilib. Elə təkcə Xocalıda 106-sı qadın, 70-i qoca olmaqla 613 nəfər öldürülüb. Vətən müharibəsi dövründə Gəncənin raket atəşinə tutulması nəticəsində isə 26 nəfər həyatını itirib, 142 nəfər xəsarət alıb. Ermənistanın müharibə cinayətləri isə hələ də cəzasız qalıb. Minlərlə günahsız insanın ölümünə görə bir nəfər belə mühakimə olunmayıb. Dünya birliyi isə bu mövzuda sanki sükut orucu tutub. Susqunluq davam edir.

Ermənilərin tarix boyu xalqımıza qarşı törətdikləri bütün cinayətlərin cavabı 44 günlük Vətən müharibəsində verildi. Azərbaycan Ordusu döyüş meydanında düşmənə qan udduraraq Vətən, torpaq yolunda canından keçənlərin qisasını aldı. Və ermənilər gərək unutmasınlar – dəmir yumruq yerindədir və yersiz baş qaldıranların başını əzməyə hər an hazırdır.