• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1161
— 10.10.2022 10:31

44 günlük Vətən müharibəsinin xronikası: 10 oktyabr

KepezTV Player

İki il öncənin 10 oktyabr tarixində, Vətən Müharibəsinin 14-ci günündə Moskvada Azərbaycan, Rusiya və Ermənistan XİN rəhbərlərinin görüşü olub. Azərbaycan və Ermənistan humanitar məqsədlərlə atəşkəs barədə razılığa gəliblər. Atəşkəs rejimi Ermənistan tərəfindən kobudcasına pozulub. Atəşkəsi pozan düşmənin zirehli texnikası sıradan çıxarılıb, Qubadlıda "S-300"ü və digər hərbi texnikası və artilleriya batareyası məhv edilib. Ermənilər Goranboy, Tərtər, Ağdam, Ağcabədi və Füzuli rayonlarını intensiv atəşə tutublar. Ermənistanın Mingəçevirə atığı və havada məhv edilən ballistik hədəfin qalıqları aşkarlanıb. Xocalıdakı radilokasiya stansiyası məhv edilib. FHN Ermənistanın atəşləri nəticəsində Azərbaycanın mülki obyektlərində baş verən yanğınlar haqqında məlumat verib.