KepezTV Player
"Kəpəz" klubuna Azərbaycan Premyer Liqasındakı ev oyunlarını Gəncədə keçirmək üçün icazə verilib. Bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb. Qərara gəlinib ki, tribunaların 1-ci yarusunun istifadə olunması, yerli və qonaq komandanın azarkeşlərinin ümumi sayının 3 min nəfərdən artıq olmaması şərtilə “Kəpəz” Peşəkar Futbol Klubunun ev oyunlarını Gəncə şəhər stadionunda keçirməsinə icazə verilsin. Stadionda Kəpəz – Neftçi oyunu 15 oktyabr saat 15-də, Kəpəz – Səbail oyunu 29 oktyabr saat 15-də keçiriləcək.
- Baxış: 499