KepezTV Player
Azərbaycan işğaldan azad olunan ərazilərdə genişmiqyaslı şəhərsalma və yenidənqurma fəaliyyəti həyata keçirir, görülən işlərin miqyası və sürəti heyranlıq doğurur, qısa zaman ərzində şəhərsalma sahəsində müasir yanaşmalar tətbiq edilib. Prezident İlham Əliyevlə BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru xanım Maimuna Mohd Şərifin görüşündə bu prosesdə Azərbaycana göstərilən dəstək yüksək qiymətləndirilib. Qonaq Məskunlaşma üzrə ölkə proqramı sənədini - Azərbaycan Respublikasında BMT-nin Məskunlaşma Proqramı ilə əməkdaşlıq strategiyasını dövlət başçısına təqdim edib.
- Baxış: 298