KepezTV Player
Türkiyə, Xorvatiya, İordaniya, Monteneqro və Serbiyadan olan bir qrup kütləvi informasiya vasitələrinin nümayəndələri Gəncə şəhərinə gəliblər. Onlar Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən Gəncədə törədilən terror hadisələrinin baş verdiyi ərazilərə baş çəkiblər. Onlara erməni terroru barədə geniş məlumat verilib. Qonaqlar həlak olan günahsız insanların xatirəsinə ehtiram əlaməti olaraq dağıntılar olan əraziyə güllər düzüblər.
- Baxış: 407