• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1808
— 05.10.2022 09:50

Xocavənddə tapılan kütləvi məzarlıqla bağlı cinayət işi başlanılıb

KepezTV Player

Xocavəndin Edilli kəndi ərazisində Azərbaycan Ordusunun hərbi qulluqçularının olması ehtimal edilən şəxslərin kütləvi dəfn edildiyi məzarlığın aşkar edilməsi faktı ilə bağlı Hərbi Prokurorluqda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılaraq istintaq aparılır. *** Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter"də Edilli kəndində aşkar edilən kütləvi məzarlıqla bağlı paylaşım edib. "Kənddə birinci müharibə zamanı Ermənistan tərəfindən işgəncələrə məruz qalmış və öldürülmüş Azərbaycan hərbçilərinin kütləvi məzarlığı aşkar edilib. Edilli Ermənistan tərəfindən azərbaycanlı girovlar üçün həbs düşərgəsi kimi istifadə edilib. 4 000 azərbaycanlı hərbçi/mülki itkin düşüb. Ermənistan kütləvi məzarlıq yerlərini verməkdən imtina edir”, deyə paylaşımda bildirilib.