• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 762
— 04.10.2022 22:19

Azarkeşlər "Kəpəz"ə avtobus alacaq

KepezTV Player

Ölkədə futbolun inkişafı istiqamətində son illər bir sıra işlər görülür. Futbolun İnkişaf Fondu tərəfindən həyata keçirilən 100k layihəsi də bunlardan sırasındadır. Bəs 100K layihəsi nədir, bu nə üçün vacibdir? Bu suallara qarşıdakı cavab tapmağa çalışmışıq.

Layihədə premyer liqada yeni çıxış edən və büdcəsi aşağı olan bölgə klublarına dəstək olmaq hədəflənib. Bu mənada "Kəpəz" üçün də 100K layihəsi həyata keçirilir. Layihəyə əsasən komandaya ianə etmək üçün veb platformada real futbol meydanı ölçülərinə uyğun olan 7140 ədəd pikseldən ibarət virtual meydança yerləşdirilib. 1 pikselin qiyməti 15 AZN təşkil edir. 1, 4, 9 və 16 saydan ibarət olan piksellərdən toplanan vəsait kluba avtobus alınması üçün sərf olunacaq. Ümumilikdə bu yolla komandaya 100.000 AZN-dən çox ianə toplamaq planlaşdırılır.

100K layihəsi “Kəpəz”lə yanaşı digər qərb klubu “Turan Tovuz” üçün həyata keçirilir. Tovuz komandası üçün ianələr Gəncə kollektivindən 1 ay əvvəl başlasa da, pultoplama rəqabətində sarı-göylər öndədi.

“Kəpəz” 100K layihəsi çərçivəsində lazım olan məbləğ toplanmayacağı təqdirdə isə

“Kəpəz” üçün təkcə 100K layihəsi nəzərdə tutulmayıb. Yaxın vaxtlarda komanda ilə bağlı başqa layihələr də reallaşmalıdır.

Bu günədək 100 nəfərə yaxın şəxs “Kəpəz” klubuna dəstək üçün ianə edib. Bu da təxminən 10 000 manat deməkdir.