• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1046
— 01.10.2022 16:08

Prezident İlham Əliyev Yunanıstanın Baş naziri ilə görüşüb

KepezTV Player

Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimi çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstanın paytaxtı Sofiyada Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis ilə görüşüb. Görüşdə enerji sahəsində əməkdaşlıq məsələlərinə toxunulub, bu xüsusda TAP layihəsinin əhəmiyyəti vurğulanıb. Həmçinin Yunanıstan ilə Bolqarıstan arasında istifadəyə veriləcək təbii qaz interkonnektorunun əhəmiyyəti qeyd olunub. Eyni zamanda, Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanmış enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun vacibliyi bildirilib.

Azərbaycan Prezidenti İlham Əliyev Rumıniyanın Baş naziri Nikolae-Yonel Çuke ilə də görüşüb.

Görüşdə dövlətimizin başçısı Azərbaycanla Rumıniya arasında münasibətlərin strateji tərəfdaşlıq əsasında inkişaf etdiyini xüsusi vurğulayıb. Baş nazir Nikolae-Yonel Çuke Azərbaycanla Rumıniya arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsində inkişafından məmnunluğunu ifadə edib. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı mühüm rolu xüsusilə vurğulayıb.

Söhbət zamanı Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması və bundan irəli gələn məsələlərin icrası baxımından ölkəmizin xüsusi rolu diqqətə çatdırılıb. Kənd təsərrüfatı, neft-kimya, energetika, o cümlədən elektrik enerjisinin ixracı, nəqliyyat-logistika və digər sahələrdə əməkdaşlıq məsələlərinə toxunulub. Rumıniyanın Baş naziri dövlətimizin başçısını ölkəsinə rəsmi səfərə dəvət edib. Öz növbəsində Prezident İlham Əliyev Rumıniyanın Baş nazirini Azərbaycana səfərə dəvət edib.Sofiya şəhərində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimi keçirilib.<br>Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak edib. Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun ümumi uzunluğu 182 kilometrdir, və bu ölkələrin&nbsp;qaz nəqli şəbəkələrini birləşdirir.