• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 752
— 01.10.2022 12:23

Azərbaycan təbii qaz ixracında da etibarlı tərəfdaş kimi özünü göstərəcək

KepezTV Player

"Enerji təhlükəsizliyi məsələləri bütün dövrlərdə mühüm əhəmiyyət kəsb edir, ancaq indiki şəraitdə bu əhəmiyyət daha da artıb. Ona görə əlimizdən gələni edirik ki, qaz hasilatını artıraq və tərəfdaşlarımızı təbii qazla təmin edək". Bunu Prezident İlham Əliyev Sofiyada Bolqarıstan Prezidenti Rumen Radevlə birgə mətbuat konfransında deyib. Azərbaycanın uzun illərdir etibarlı tərəfdaş kimi xam neftini dünya və Avropa bazarlarına ixrac etdiyini xatırladan dövlət başçısı qeyd edib ki, indi təbii qazı ixrac edən Azərbaycan bu sahədə də etibarlı tərəfdaş kimi özünü göstərəcək. İlham Əliyev Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru layihəsinin tarixi əhəmiyyətinə diqqət çəkərək bu interkonnektorun həm Azərbaycan qazının Avropaya daha geniş miqyasda nəql olunmasına imkan verəcəyinə, eyni zamanda, Avropa qitəsində enerji təhlükəsizliyinə çox böyük faydası olacağına əminliyini ifadə edib. Dövlət başçısı SOCAR-ın Bolqarıstanda ofisinin açılması məsələsinə də toxunub.

Bolqarıstan Prezidenti Rumen Radev deyib ki, Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru həm Bolqarıstan, həm də Şərqi Avropa üçün çox mühüm layihədir. Bu interkonnektor ölkəyə ilk dəfə olaraq Azərbaycandan təbii qaz almağa imkan verəcək. Bu, təbii ki, Avropanın enerji xəritəsini dəyişdirəcək.