• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 700
— 01.10.2022 12:17

İki nəfərin mübahisəsi ölümlə nəticələnib

KepezTV Player

Gəncədə ağır cinayət törədilib. Hadisə şəhərin Məmməd Xələfov küçəsində baş verib. Şəhər sakini 46 yaşlı Fuad Abdulhalimovla 45 yaşlı Aftandil Kərimov arasında mübahisə yaranıb və tərəflər arasındakı anlaşılmazlıq ölümlə nəticələnib. Məlumata görə, Aftandil Kərimov Fuad Abdulhalimovun boğaz nahiyyəsindən bıçaqla vuraraq onu qətlə yetirib. Hadisəni törətməkdə şübhəli bilənın Kərimov saxlanılıb. Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.