• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 912
— 30.09.2022 17:38

Olimpiya çempionu ölkə güləşinin vəziyyətini dəyərləndirib

KepezTV Player

Gəncə güləşi deyiləndə ilk ağıla gələn pəhləvanların sırasında şübhəsiz ki, Toğrul Əsgərovun adı çəkilir. 2016 Rio Olimpiadasından sonra karyerasında eniş dövrü yaşayan olimpiya çempionu həm zədə, həm də dopinq problemi səbəbindən iki ilə yaxın əksər yarışlardan kənarda qalıb. Sonradan formasını bərpa etmək istəyən təcrübəli güləşçi zaman-zaman müəyyən turnirlərdə iştirak etsə də, çıxışları uğursuz alınıb. Son iki ildə isə məşqlərdən də uzaq düşən Toğrul karyerasını başa vurmasa da sevdiyi idman növü ilə demək olar ki, məşğul olmur. Gəncədə təşkil edilən İsax Cəfərovun xatirə turnirini izləmək üçün Nizami yurduna gələn sərbəst güləşçi gələcək karyerası haqda danışmasa da, ölkə güləşində baş verənləri dəyərləndirib.