• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 915
— 27.09.2022 20:14

Universitetin 6 əməkdaşı Vətən müharibəsinin iştirakçısıdır

KepezTV Player

Anım Günü ilə əlaqədar Azərbaycan Dövlət Aqrar Universitetində professor-müəllim heyəti və tələbələrin iştirakı ilə tədbir keçirilib. Tədbirdə 2 il bundan öncə Müzəffər Ordumuzun başladığı uğurlu əks-hücum əməliyyatından və xalqımızın iradəsindən söz açılıb. Qazanılan qələbədə qanı və canını vətən uğrunda fəda edən şəhidlərin və qazilərin qəhrəmanlığından danışılıb. Universitetin 6 əməkdaşı da bu savaşında iştirak edib. Prezident İlham Əliyevin rəhbərliyi ilə ordumuz 30 illik həsrətə son qoyduğu, işğaldan azad edilən torpaqların dirçəldildiyi, yenidən qurulduğuna diqqət çəkilib. Tələbələr vətənə, şəhidlərə həsr edilən şerlər səsləndirərək, mahnılar ifa ediblər.