• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1525
— 26.09.2022 14:34

İstirahətə gələn ər-arvadın evi partladı

KepezTV Player

Yayda istirahət üçün Göygölə gələn yaşlı ər-arvadın başına iş gəlib. Yaşadıqları evdə baş verən partlayış hər ikisinin yanıq xəsarətləri alması ilə nəticələniib.

Partlayış Göygöl rayonunun Toğanalı kəndində, fərdi yaşayış evində qeydə alınıb. Baş verən olay zamanı ev sahibi 1948-ci il təvəllüdlü Toriyel Hüseynovun alovdan bədəninin müəyyən nahiyələri yanıb.

Partlayış Toriyel Hüseynovun olduğu otaqda qeyd alınıb. Belə ki, elektrik kəsildiyindən xəsarət alan şəxs kibrit yandırmalı olub. Bu vaxtı mətbəxdən sızan qaz nəticəsində partlayış baş verib və Toriyel Hüseynov xəsarət alıb.

Partlayış vaxtı Toriyel Hüseynov evdə tək olmayıb. Onunla birlikdə digər otaqda həyat yoldaşı Solmaz Hüseynova da olub. Ancaq o, başqa otaqda olduğu üçün az xəsarət alıb və vəziyyəti yaxşıdır. Qonşuların dediyinə görə evdə yalnız ər-ərvad yaşayırdılar və kəndə yayda gəlirdilər.

Partlayışın yaratdığı alov Toriyel Hüseynovun bədəninin çox hissəsini yandırıb. O dərhəl Göygölə Mərkəzi Rayon xəstəxanasına aparılıb, oradan isə Gəncədəki Abbas Səhhət adına 1 nömrəli şəhər xəstəxanasına köçürülüb.

Əslən Laçın rayonundan olan xəsarət alanlar paytaxtda yaşayırlar və hər il Göygölə istirahət məqsədilə gəlirlər.