2018-ci il iyulun 10-da Gəncə şəhərində radikal diniyönümlü bir qrup şəxs tərəfindən ictimai asayişin pozulmasına yönələn zorakılıq aktları, hakimiyyət nümayəndələrinə silahlı müqavimət göstərilməsi, müxtəlif dərəcəli bədən xəsarətləri yetirilməsi, iki polis zabitinin qəsdən öldürülməsi ilə müşayiət olunan kütləvi iğtişaşlar törədilməsi ilə bağlı cinayət işləri üzrə ədalət mühakiməsini həyata keçirən hakimlərin fotoşəkillərini müxtəlif sosial şəbəkələrdə paylaşmaqla, onlardan qisas alınaraq öldürülmələrinə çağırış edilməsi, eləcə də həmin faktla bağlı Ali Məhkəmədən daxil olmuş məlumatla əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətində müvafiq araşdırmalar aparılıb. Əməliyyat-istintaq tədbirləri nəticəsində “Facebook”da Gəncə şəhərində baş vermiş kütləvi iğtişaşlara görə hökm çıxarmış hakimlərin fotoşəkillərinin əks olunduğu paylaşımlarda onların gizlin şəraitdə öldürülmələrinə dair yazılar yerləşdirməklə ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, hakimlərin həyatına sui-qəsd etməyə açıq çağırışların xarici ölkə vətəndaşı Bayramov Mühəndis Alyoşa oğluna məxsus sosial şəbəkə profilindən edilməsi müəyyən olunub və onun barəsində axtarış elan edilib. Bayramov saxlanılaraq həbs edillib.
- Baxış: 510