• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1304
— 24.09.2022 16:12

Güləşən zəriflər, gözəlləşən xalçalar

KepezTV Player

Azərbaycanda güləş ənənələri olan bölgələrin sırasında Gəncə ilk yerlərdədir. Daha çox sərbəst güləş növündə adlı-sanlı pəhləvanların yetişdiyi Nizami yurdunda son illər qadın güləşi də inkişaf etməkdədir. Əməkdaşımız Orxan Cəfərzadə Gəncədə qadın güləşinin vəziyyəti ilə maraqlanıb.

Ölkənin ikinci böyük şəhərində qadın güləşi üzrə bölmə 8 ildir ki, fəaliyyət göstərir. Hazırda bu növdə məşqlər yeni təmirdən çıxan yerli idman liseyində keçirilir. Qadın güləşi bölməsinə Gəncə ilə yanaşı, ətraf şəhər və rayonlardan maraq göstərən kifayət qədər  uşaq və yeniyetmələr var.

Qərb regionunda qadın güləşi üzrə bölmə yalnız Gəncədə mövcuddur.  Bu zona üzrə nümayəndəliyin ən əsas məqsədi bacarıqlı güləşçiləri aşkarlayıb, milli komandaya qazandırmaqdır.

Gəncə qadın güləş məktəbi 8 illik fəaliyyəti dövründə ölkə idmanına perspektivli güləşçilər bəxş edib. Onlardan Şəbnəm Əhmədova, Jalə Əliyeva və Gültəkin Şirinovanın adını çəkmək olar.  Yığma komandanın üzvü olan bu xanım pəhləvanlar bir çox nüfuzlu yarışların, Avropa və dünya birinciliklərinin qalib və mükafatçıları olublar. Gəncədə qadın güləşi bölməsində bu idman növünün sirlərini öyrənən yeniyetmələr də onların davamçıları olmaq niyyətindədirlər.

Gəncədə 3 yaş qrupu üzrə qadın güləşi bölməsi mövcuddur. Uşaq, yeniyetmə və gənclərdən ibarət bölmələrdə zərif cinsin 60-a yaxın nümayəndəsi məşq edir.