KepezTV Player
AFFA İntizam Komitəsi Premyer Liqada çıxış edən "Kəpəz" klubunu cərimələyib. Çempionatın VII turunun “Kəpəz” – “Şamaxı” oyununun 34-cü dəqiqəsində Gəncə klubunun azarkeşləri tərəfindən hakimlərin ünvanına qeyri-etik və təhqiramiz ifadələr işlədildiyi üçün Nizami yurdunun təmsilçisi 4000 manat cərimə olunub. Bu görüşdə "sarı-göylər"in 8 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub həmçinin, 800 manat cərimə ödəməli olacaq.
- Baxış: 520