• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1812
— 22.09.2022 20:38

Daxili işlər naziri qəbul keçirib

KepezTV Player

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov Gəncə Şəhər Baş Polis İdarəsində növbəti qəbul keçirib. Əvvəlcə Şəhər Baş Polis İdarəsinin inzibati binasında Gəncə, Göygöl, Samux, Kəlbəcər, Daşkəsən, Ağstafa, Tovuz, Gədəbəy, Qazax və Şəmkir şəhər və rayonlarından qəbula gələn vətəndaşların müraciətlərini dinləyən nazir onların problemlərinin həlli üçün Nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar verib. Müraciətlərin əksəriyyəti yerindəcə həllini tapıb.Daha sonra general-polkovnik Vilayət Eyvazov bölgə üzrə polis orqanlarında sıravi və kiçik rəis heyətinə xidmətə qəbulla bağlı sıra baxışı keçirib. Sıra baxışında ətraf rayonlarda yaşayan, polis orqanlarında xidmət etmək arzusunda olan gənclər iştirak edib. Xidmətə qəbulun şərtlərinə uyğun gələn 394 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onlardan da 68-i Vətən müharibəsi iştirakçısı, 2-si isə şəhid ailələrinin üzvləri olublar.