• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1171
— 22.09.2022 20:37

Məğrurluq qalası Laçın: "Böyük qayıdış"a hazırlıq

KepezTV Player

Kəlbəcər-Laçın avtomobil yolunun 35-ci kilometrliyində yerləşən Laçın Beynəlxalq Hava Limanının girişində inşa olunan tunelin uzunluğu 2400 metr olacaq.Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata əsasən, Kəlbəcər-Laçın avtomobil yolunun və yol üzərində tunellərin inşası davam etdirilir. Kəlbəcər-Laçın avtomobil yolu başlanğıcını Kəlbəcərin Qamışlı kəndindən götürməklə Laçın rayonunun ərazisindən keçir.Kəlbəcər-Laçın avtomobil yolu üzərində ümumilikdə 12 tunel, 26 körpü olacaq ki, bununla da mövcud 109 km-lik yol 33 km qısalaraq 76,3 km-ə düşəcək.

Əyyub Hüseynov AAYDA-nın Qarabağ layihələri üzrə mühəndisi:"Kəlbəcər Laçın avtomobil yolu mövcud yoldan 33 km qısa olacaqdır. Mövcud yol 109 km uzunluğundadır. Bizim layihə üzrə yolumuzun uzunluğu isə 76,3 km təşkil edir. Buda gələcəkdə avtomobil yolundan istifadə edən nəqliyyat vasitələrinin Laçın şəhərinə və əks istiqamətə Kəlbəcər rayonu istiqamətinə hərəkətini qısa zaman ərzində təmin edəcəkdir. Qeyd etdiyimiz yol Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının Azərbaycanın qərb rayonlarına, o cümlədən digər istiqamətdə Zəngəzur koridorunada asan çıxışını da təmin edəcəkdir".