• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 864
— 22.09.2022 12:11

Qaydaların pozulduğu yanacaqdoldurma məntəqəsinin fəaliyyəti dayandırılıb

KepezTV Player

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə zəruri tədbirlərin görülməsini davam etdirir.Bu çərçivədə, Xidmət tərəfindən Tovuz rayonu, Abulbəyli kəndində yerləşən yanacaqdoldurma məntəqəsində yoxlama keçirilib. Bu zaman yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.Qeyd olunanları nəzərə alaraq, yanacaqdoldurma məntəqəsinin fəaliyyətinin dərhal dayandırılması barədə qərar qəbul olunub.