• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 800
— 21.09.2022 19:55

Payızda bu xəstəliklərə qarşı diqqətli olun!

KepezTV Player

Payız fəsli artıq qapımızdadır. Təsadüfi deyil ki, bu fəsli həm də xəstəliklər fəsli adlandırırlar. Çünki həm psixoloji, həm də fizioloji baxımdan təzadlı olan payızda insan orqanizmində bir sıra dəyişikliklər baş verir. Havaların dəyişkən keçməsi ilə bəzi xəstəliklər, xüsusən də mədə-bağırsaq, revmatik xəstəliklər baş qaldırır. Həkimlərdən xəstələnməmək üçün vətəndaşlara tövsiyyələr var.

Əsasən yay fəslindən payıza keçdikdə havanın temperaturunda olan kəskin fərq və orqanizmin buna adaptasiya mərhələsi həkimin sadaladığı məqamlarla müşayiət oluna bilər. O da hər kəsdə yox. Əgər hər kimsənin sağlamlığında problemlər yaranır və 3 gündən çox davam edirsə, ələxsus da temperatur və əzələ ağrıları halında özünü göstərirsə mütəxəssisə müraciət edilməsi vacibdir.

Payızın gəlişi bir çox xəstəliklərin də yaranmasına səbəb olur. Havaların qeyri-sabit keçməsi insanlarda əsasən immunitet sisteminin zəifləməsinə gətirib çıxarır ki, belə hallarlardan qorunmaq üçün diqqət yetirilməli m’qamlar var - açıq havada çoxlu gəzmək, çoxlu maye qəbul etmək, bitki çaylarına üstünlük vermək məsləhətdir.

Xüsusilə immun sistemi zəif olan insanların mövsümi xəstəliklərdən qorunması vacibdir. Payızda depressiv xəstəliklər, hava-damcı yolu ilə keçən xəstəliklər və ruhi sarsıntılar özünü daha çox büruzə verir. Bəs bu fəslin xəstəliklərindən necə qorunmaq olar?

Hava şəraitinə uyğun olaraq geyimimizə də diqqət etmək vacib olan amilllərdəndir. Həmçinin otağı tez-tez havalandırmaq virus və bakteriyaların hava vasitəsilə uzaqlaşmasına kömək edəcək.