• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2188
— 21.09.2022 19:59

“Şuşanamə” ictimaiyyətə təqdim edilib

KepezTV Player

Gəncədə Şuşa fatehləri və Qarabağ şəhidlərinə həsr olunan “Şuşanamə” kitabının təqdimatı olub. Prezident təqaüdçüsü, alim-şair Bayram Apoyevin qələmindən çıxan nəşrə müəllifin 1992-2022-ci illər ərzində Vətən, Qarabağ, ölkəmizin mədəniyyət paytaxtı – Şuşa və işğal olunmuş torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına döyüşən Azərbaycan əsgəri haqqında yazdığı şeirləri daxil edilib. Gəncə Şəhər İcra Hakimiyyətinin tövsiyəsi və dəstəyi ilə hazırlanan və nəşrə təqdim edilən kitab “Şuşa ili” və Şuşa fatehlərinə ithaf olunub. Mir Cəlal Paşayevin Ev Muzeyində təqdim edilən "Şuşanamə” müəllifin sayca 6-cı kitabıdır.