• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2188
— 21.09.2022 12:05

Azərbaycanla ATƏT arasında əməkdaşlıq əlaqələri müzakirə edilib

KepezTV Player

ATƏT Baş katibi Azərbaycan-Ermənistan sərhədindəki son toqquşmalardan narahatdır. Bu barədə ATƏT-in Baş katibi Helqa Şmit Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşündə bildirib. Baş katib itkilərə görə baş sağlığı diləklərini çatdırıb. Nazir Ceyhun Bayramov Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası, ərazilərin minalardan təmizlənməsi kimi məsələlərə diqqət çəkib. Son hərbi toqquşmalara və itkilərimizə baxmayaraq, Azərbaycanın sülh müqaviləsi üzrə prosesə vaxt itirmədən başlamağın tərəfdarı olduğunu vurğulayıb. Tərəflər Azərbaycan-ATƏT əməkdaşlığı məsələləri, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.