• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 798
— 21.09.2022 12:08

Nazir GUAM iclasında Ermənistanın sülh prosesini əngəllədiyini bildirib

KepezTV Player

Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat - GUAM Xarici İşlər Nazirləri Şurasının 39-cu iclasında Azərbaycanla Ermənistan liderləri arasında əldə edilmiş razılaşmalar və son aylar Ermənistanın törətdiyi genişmiqyaslı hərbi təxribatlardan danışıb.Üçtərəfli bəyanat, kommunikasiya və nəqliyyat xəttlərinin açılması istiqamətində işlər aparıldığı, habelə Azərbaycan tərəfindən sülh sazişi təklifi irəli sürüldüyü vurğulanıb.Bütün bunlara baxmayaraq, Ermənistanın prosesi əngəllədiyi və gecikdirmə taktikasına əl atdığı, Üçtərəfli bəyanatlar üzrə öhdəliklərini ciddi pozduğu və son aylar genişmiqyaslı hərbi təxribatlar törətdiyi, təxribatlar nəticəsində itkilər olduğu bildirilib. Ermənistan tərəfinin destruktiv fəaliyyətlərinə baxmayaraq, ölkəmizin sülh gündəliyini irəlilətməkdə əzmli olduğu və danışıqları davam etdirdiyi diqqətə çatdırılıb. Nazir, həmçinin Ukraynadakı vəziyyətin ciddi narahatlıq doğurduğunu, problemin diplomatik yolla beynəlxalq hüquq əsasında, xüsusilə də dövlətlərin beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü və suverenlik prinsiplərinə uyğun həllinin vacib olduğunu qeyd edib.