• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 733
— 20.09.2022 20:46

Simvolik gerb təmirdən sonra yerinə quraşdırılıb

KepezTV Player

Gəncənin 6 metr hündürlükdə olan simvolik gerbi təmirdən sonra yerinə quraşdırılıb. Mütəxəssislər tərəfindən bir müddət gerbin əsaslı təmir olunması istiqamətində iş aparılıb və proses başa çatıb.

Gəncənin simvolik gerbi Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin əməkdaşları və xüsusi texnikası vasitəsilə özünün ənənəvi yerinə - Qala Qapıları - Arxeologiya və Etnoqrafiya Muzeyinin üzərinə yerləşdirilib. Bu ilin mart ayının 20-də Gəncə şəhərində əsən güclü külək nəticəsində şəhərin Qala Qapıları - Arxeologiya və Etnoqrafiya Muzeyinin üzərində yerləşən Gəncənin simvolik gerbi də aşaraq zərər görüb. 6 metr hündürlükdə olan gerbə baxış zamanı güclü külək nəticəsində simvolların bəzilərinin yararsız hala düşdüyü aşkar olunub.

Vüsal Alayev Gəncə Dövlət Tarix Mədəniyyət Qoruğunun direktor müavini:Gerb Cavadxanın dövründə Gəncə şəhərinin bayrağın üzərində əks olunmuş simvollardı. 2004-cü ildə də Gəncə şəhərinin gerbi kimi də təstiqlənmişdi. Hazırda olan bu gerbin özüdə 2014-cü ildə Qala Qapıları Arxeologiya və Etnoqrafiya Muzeyi istifadəyə verilərkən quraşdırılmışdı.