• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2402
— 16.09.2022 16:43

Daşkəsən-Xoşbulaq-Astaf avtomobil yolu yenidən qurulur

KepezTV Player

Daşkəsən-Xoşbulaq-Astaf avtomobil yolunun yenidən qurulması davam edir. “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən verilən məlumata görə, Daşkəsən–Xoşbulaq–Astaf avtomobil yolunun torpaq yatağının eni 10, hərəkət hissəsinin eni müvafiq olaraq 6 metr təşkil edir. 7 min nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən bu yolun 11 km hissəsi köhnə, yararsız asfalt örtüklü, 20 km-lik hissəsi isə torpaq əsaslı yoldan ibarət idi. Sözsüz ki, bu, vətəndaşların rahat gediş-gəlişinə maneə yaradırdı. Yolun yenidən qurulması ilə bu problemlər geridə qalır. Gediş-gəlişi xeyli rahatlaşacaq, yük və sərnişin daşınması asanlaşacaq