• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1486
— 15.09.2022 19:35

Daşkəsəndə yeni məktəb binası istifadəyə verilib

KepezTV Player

Heydər Əliyev Fondunun təşəbbüsü və “AzerGold” QSC-nin dəstəyi ilə Daşkəsən rayonunda  inşa edilən yeni məktəb binası istifadəyə verilib. Modul tipli  yeni məktəb binası dağətəyi ərazidə yerləşən Quşçu qəsəbəsində inşa edilib. Yeni məktəb binası 80 şagird yerlikir. Tədris ocağında 10 sinif otağı, 1 müəllimlər otağı, 1 kitabxana və sanitar qovşaq mövcuddur. Tədris prosesi üçün zəruri avadanlıqlar, internet şəbəkəsi, kompüter, mebel və digər inventarlarla təchiz olunan məktəbdə 55 şagird təhsilini davam etdirəcək. Bölgədə “AzerGold” eləcə də Heydər Əliyev Fondunun dəstəyi ilə ətraf mühitin mühafizəsi, təhsil, sağlamlıq və sairə istiqamətlər üzrə çoxsaylı layihələr icra edilir.

Oqtay Məmmədov “AzerGold” QSC-nin İdarə Heyətinin sədr müavini: Bu məktəb şəhidimiz Səlimxan isgəndərovun adını daşıyır. Səlimxan İsgəndərovun timsalında allah bütün şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə şəfa diləyirik. Burada təhsil üçün imkanlar var. Hesab edirik burada oxuyan şagirdlər əsl vətənpərvər ruhuda böyüyəcəklər.