• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1262
— 14.09.2022 12:20

Şəhid olan Səbuhi Əhmədov dəfn olunub

KepezTV Player

Ermənistan Silahlı Qüvvələrinin təxribatı nəticəsində şəhid olan Səbuhi Əhmədov da dəfn olunub.

Onun nəşi Yasamal rayonu ərazisində yerləşən II Fəxri xiyabanda torpağa tapşırılıb. Dəfn mərasimində Müdafiə Nazirliyinin rəsmiləri, Yasamal Rayon İcra Hakimiyyəti rəhbərliyi və ictimaiyyət nümayəndələri iştirak ediblər. Valideyn himayəsindən məhrum olan Səbuhi Əhmədov SOS uşaq evinin yetirməsi və 269 saylı məktəbin məzunu olub.