• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1015
— 13.09.2022 20:27

"Sehrbaz"ın sehrinə düşənlər

KepezTV Player

Gəncədə “S1 Sehrbaz” adlı futbol layihəsinə yekun vurulub. İştirakçıların böyük marağına səbəb olan layihə haqda daha ətraflı qarşıdakı sujetdə.

AFFA-nın maliyyə dəstəyi ilə reallaşan tədbir uşaq, yeniyetmə və gənclər arasında futbolun populyarlaşmasına, kütləviliyin artırılmasına və asudə vaxtın səmərəli təşkil olunmasına xidmət edib.Sehrbaz layihəsində 12-25 yaşarası iştirakçılar təşkilatçılar tərəfindən təqdim olunan müxtəlif müsabiqələr üzrə yarışıblar. Layihə 2 həftə davam edib. Sehrbaza qatılanlar həftənin şənbə və bazar günləri topla sehrlərini nümayiş etdiriblər.

Turqan Əliyev layihə rəhbəri:Sehrbaz layihsəi artıq 4 gündür ki, davam edirdi. Yəni 2 həftə ərzində şənbə və bazar günü. Layihənin əhəmiyyəti futbolun kütləviyini artırmaq, regionda xüsusən də Gəncədə idmana olan sevgini daha da qabartmaq , artırmaq idi. Və ümid edirəm ki, çox yaxşı keçdi bu layihə uğurlu bir layihə idi. Ümid edirəm ki, davamlı olar.

Layihənin bağlanış mərasimində çıxış edənlər Sehrbazın iştirakçılar arasında sevildiyini bildiriblər. Bölgələrdə futbolun inkişafı istiqamətində bu cür layihələrin təşkili müsbət hal kimi qiymətləndirilib, davamlı olması arzulanıb. Sonra mükafatlandırma mərasimi keçirilib. İlk 3 yeri tutan iştirakçılar fəxri fərman, kubok və hədiyyələr ilə təltif ediliblər. Layihə müddətində “Kəpəz"in futbolçuları ustad dərsləri keçiblər. Peşəkar oyunçular topun düzgün ötürülməsi, qapıya zərbələrin dəqiq vurulması yönündə tövsiyyələr verib, uşaqlara praktiki biliklərini bölüşüblər.

Etibar İbrahimov məşqçi:Biz bilirik ki, bütün dünya futbolunda  böyük futbola yol uşaq futbolundan gəlir. Vu bu layihələr də uşaq futboluna böyük təkan ola bilər, bu da bizim üçün sevindiricidir. Uşaqlıqdan sirləri öyrənməsi, yeni bir layihələrdə iştirak etməsi uşaqların dünyagörüşünü artırır. Bu da təbbi ki gələcəkdə məşqçilərə kömək olur. İstedadları üzə çıxarması üçün yaxşı haldır.

Abdullahi Şuaybu “Kəpəz”in futbolçusu:"Bu layihənin iştirakçısı olduğuma görə çox sevinirəm. Çox bəyəndim. Gənclərə ən yaxşılardan olmağı və daima uğurlar arzulayıram."

Giorgi Kantarya “Kəpəz”in futbolçusu:"Çox yaxşı bir layihədir. Burda iştirak etmək mənim üçün çox sevindiricidir. Belə layihələr azyaşlı futbolçuların yetişməsində, onların inkişafina müsbət təsir bağışlayır. Çoxumuz futbol oynamağı küçədə, həyətimizdə öyrənmişik. Əlbətdə çox yaxşı bir addımdır. Uşaqlara uğurlar arzulayıram, onların Gəncənin gələcək peşəkar futbolçuları olmaqlarını arzulayıram. Ümid edirəm ki, belə də olacaq. Onlara uğurlar diləyirəm."

Müşfiq Cəfərov millət vəkili: Düşünürəm ki, bu cür layihələrin sayı çox olmalıdır. Çünki bu bizim uşaqlarımızı, yeniyetmələrimizin futbola olan həvəsini artırmış olur. Futbolun inkişafı üçün böyük bir təkandır. Və bu gün artıq Kəpəz komandası da əsas liqada iştirak edir. Təbii ki, buda ləpəzin gələcəl inkişafı üçün bu cür layihələrin olması hesab edirəm ki, xüsusəndə uşaq futbolunun inkişafı üçün çox faydalıdır. İnanıram ki bu cür təşəbbüslərə bizim digər futbolsevərlərimiz də hazırdır.

Layihənin sonunda təşkilatçılar ilə Kəpəz  müstəqil teleradio şirkətinin əməkdaşları arasında yoldaşlıq oyunu keçirilib. Matç bu cür oyunlar üçün xarakterik olan heç heçe hesabı ilə başa çatıb - 6:6.