• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 857
— 13.09.2022 11:22

Gəncədə narkotik satan şəxslər tutulub

KepezTV Player

Gəncə şəhər Baş polis İdarəsinin və onun tabeli qurumlarının əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq satış məqsədi narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən Taciəddin Əliyev, Anar Cəfərov və Bəxtiyar Qasımov saxlanılıb.Baş İdarədə saxlanılan şəxslərin üzərlərinə baxış keçirilən zaman Taciəddin Əliyevin əlindəki çantadan ümumi çəkisi 11 kq 539 qram narkotik maddə olan “heroin” aşkar edilib.Həmin şəxslər maddi sübutlar ilə birlikdə istintaqa təhvil verilib. Faktla bağlı araşdırmalar davam etdirilir.