Şəmkir rayonunda Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə həsr olunan kikboksinq üzrə açıq rayon birinciliyi keçirilib. Çinarlı qəsəbəsində açıq havada baş tutan yarış Gənclər İdman İdrarəsi, Uşaq Gənclər İdman Məktəbi və Şəmkir Kikboksinq klubunun təşkilatçılığı ilə reallaşıb. Açılış mərasimində çıxış edənlər 44 günlük müharibədə qazanılan tarixi qələbədən danışıblar. Birincilikdə Şəmkirin müxtəlif kənd və qəsəbələri ilə yanaşı Gəncənin bir neçə komandası, Samux, Göygöl, Kəlbəcər, Goranboy, İmişli, Tərtər, Tovuz, Qazax, Ağstafa və Gədəbəy kikboksçluları da iştirak edib. Qalib adı uğrunda 16 komandanın 500-ə yaxın idmançısı 50 çəki dərəcəsində mübarizə aparıb. İki gün davam edən birinciliyin sonunda qalib idmançılar Şəmkir rayon Gənclər və İdman İdman İdarəsi və kikboksinq klubunun kubok, medal, fəxri fərman və həvəsləndirici mükafatları ilə təltif edilib. Eləcə də şəhid valideynləri də təşkilşatçılar tərəfindən mükafatlandırılıb.
- Baxış: 568