• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2087
— 12.09.2022 12:23

Oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

KepezTV Player

Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində silsilə oğurluq hadisələri törədən şəxs saxlanılıb.

Aparılan araşdırmalarla müəyyən edilib ki, Gəncə şəhər sakini, Tural Məmmədov cari ilin müxtəlif vaxtlarında şəhər ərazisindəki mənzil və fərdi yaşayış evlərinə qeyri-qanuni yolla daxil olaraq oradan müxtəlif qiymətdə su nasoslarını oğurlayıb. T. Məmmədov saxlanılaraq maddi sübutlarla birlikdə istintaqa təhvil verilib. Faktlarla bağlı Gəncə Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.