• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1032
— 10.09.2022 20:35

III Çarlz rəsmi şəkildə Britaniya Kralı elan olunub

KepezTV Player

III Çarlz rəsmi şəkildə Böyük Britaniyanın Kralı elan olunub. III Çarlzın kral elan olunması mərasimi Londonda Sent-Ceyms sarayında keçirilib. Tədbir iki hissədən ibarət olub. III Çarlz Filipp Artur Georq Mountbatten-Vindzor 1948-ci il noyabrın 14-də Londonda Bukingem sarayında anadan olub.  O, Edinburq hersoqinası mərhum şahzadə Elizabet və Edinburq hersoqu şahzadə Filipin ilk övladı, Kraliça Elizabetlə VI Georqun ilk nəvəsidir.Çarlz üç yaşında olanda anasının varisi elan olunub.