• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1374
— 10.09.2022 20:45

Sentyabrın 10-u Ümumdünya İlk Tibbi Yardım Günüdür

KepezTV Player

Gəncədə Ümumdünya İlk Tibbi Yardım Günü  qeyd olunub. 2000-ci ildən etibarən hər il sentyabrın ikinci şənbəsi qeyd olunan, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatına üzv ölkələrin təşəbbüsü ilə təsis edilən həmin günün yaranma tarixi 1881-ci il dekabrın 8-də Vyana şəhərində teatr binasında baş verən güclü yanğınla əlaqədardır. Yanğın zamanı həlak olanların sayı çox olduğuna görə tibbi yardım göstərilməsində problemlər yaranır və bundan sonra ilk dəfə Vyanada müstəqil təcili tibbi yardım xidmətinin yaradılması qərara alınır. Tədbir zamanı həmçinin İlk tibbi yardımın insan həyatında oynadığı roldan bəhs olunub.