• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 696
— 09.09.2022 19:20

Nizaminin əsərləri rəsmlərdə əks olunub

KepezTV Player

Gəncədə Nizaminin 881 illiyi ilə bağlı keçirilən silsilə tədbirlər sırasında Urban Mərkəzində rəsm sərgisi keçirilib. Sərgidə Gəncə şəhər Uşaq İncəsənət və Rəssamlıq məktəblərinin şagirdlərinin dahi şairin əsərlərinə çəkilən rəsmlər nümayiş etdirilib. Yağlı və sulu boyalarla, eləcə də qrafika ilə 100-ə yaxın dekorativ tətbiqi əl işi sərgilənib. Rəsmlərdə Nizami yaradıcılığı fərqli təsvirlərlə öz əksini tapıb. Sərgi gələn həftənin ilk üç günü də ziyarətçilər üçün açıq olacaq.