• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1109
— 08.09.2022 20:41

"İki alan" təhsil sektorlarına tapşırıqlar verildi

KepezTV Player

Məktəb mühitinin yaxşılaşdırılması, müəllimin nüfuzunun qaldırılması, şagirdlərin məktəbə davamiyyətinin artırılması və təlimin nəticələrinin yaxşılaşdırılması. Gəncə-Daşkəsən Regional Təhsil idarəsi tərəfindən müəllimlərin ənənəvi sentyabr konfransında müzakirə olunan mövzular sırasında buraxılış və qəbul imtahanlarının nəticələri də olub.

Gəncədə keçirilən regional konfransda ötən tədris ilində ilk dəfə olaraq dördüncü sinf şagirdləri arasında keçirilən manitorinq imtahanlarının nəticələri qənaətbəxş hesab edilib. Region üzrə doqquzuncu siniflərin buraxılış imtahanların nəticələri isə ürəkaçan deyil.

Fuad Qarayev Elm və Təhsil Nazirliyinin sektor müdiri:Gəncə-Daşkəsən regionu ölkə üzrə aşağı yerləşibdir. Gəncədə anadilində 40,5, riyaziyyat fənnindən 28,5 xarici dil 33,5 faizdir. Riyaziyyat fənnindən 28,5 faiz olması düşünürəm ki, ciddi düşünmək lazımdır. Goranboy rayonunda ən aşağı səviyyədə qiymət ikidir. Göygöl rayonu üzrə 34,9 riyaziyyat 25,6 xarici dil 18 faizdir. Daşkəsən rayonu üzrə ana dili 30,5 riyaziyyat 23,1 və xarici dil 23, 6 olub. Şagird nəticələrinin parlaqlığı üzrə praqraması Gəncə şəhərindən anadilindən 30 faiz şagird 0-30 faiz bal göstərib. Riyaziyyat fənnindən 63 faiz şagird 2 alıb. 55 faiz Naftalan, Samux 68, Daşkəsən 73 faizdir. Xarici dil üzrə Daşkəsəndə 79 faiz şagird 2 alıb.

Həmçinin 11-cilərin də buraxılış imtahanlarının nəticələri doqquzunculardan heç də geridə qalmır.

Fuad Qarayev Elm və Təhsil Nazirliyinin sektor müdiri:Orta bal 104,1 faiz, Göygöl 101,5, Samux 99,1 Goranboy 92,6 Daşkəsən 86,5 Naftalan 125,3 faizdir. Şagird nəticələrin ballar üzrə paylanması məsələn riyaziyyat fənni üzrə 74 faizin 2 alması kifayət qədər düşünməmizi tələb edən məsələdir.

Konfrans Regional Təhsil idarəsi üzrə orta məktəblərin nəticələrinin qənaət bəxş olmaması yeni tədris ilində çatışmazlıqların aradan qaldırılmasını vacib edən məsələlərin müzakirəsi ilə davam edib.

Fuad Qarayev Elm və Təhsil Nazirliyinin sektor müdiri:Var olan problemləri regional təhsil idarəsinin qarşısında qoyduq. Onlar bu istiqamətdə fəaliyyət planı hazırlamalıdırlar və onu bizə təqdim edəcəklər. Təhsil Nazirlininin də bu istiqamətdə təklifləri olacaqdır. Daha çox rəqəmlər üzərində danışdıq. Dha çox rəqəmlərlə danışmaq insanlar real vəziyyəti görsünlər. Təhsil idarəsinin nəzdində yaradılan sektor müdirləri ölçülə bilən hədəfləri müəyyən etsinlər.

Anar Qədiməliyev Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri: Bu rəqəmlər biz bir növ mayakdır. Bu rəqəmlərə baxıb öz çatışmazlıqlarımızı, problemlərimizi və harada işləməli olmamızı müəyyənləşdirmişik. Onun üzərində işləməklə ümid edirik ki, nəticələrimizi dəyişə biləcəyik. Bizim straregiyamız var və hər bir rayon üzrə rəhbrəliklərə görüşüb aidiyyatı işimizi quracağıq.

Konfransında pedaqoji heyyəti maraqlandıran suallar cavablandırılıb, yeni tədris ili üçün tapşırıqlar verilib.

Elnur Vahidoğlu