İlk dəfə olaraq yeni tədris ili üçün uşaq gənclər inkişaf mərkəzinə, musiqi eləcədə incəsənət məktəblərinə qəbul olacaq şagirdlərin seçim mərhələsi aparılır. Vakant ixtisaslara müraciətlər çox olduğu üçün seçimdə mütəxəsislər tərəfindən istedadlı və bacarıqlı uşaqlara üstünlük verilərək məktəblərə qəbul olunurlar.
Xədicə Məmmədova yeni tədris ili üçün Uşaq Gənclər İnkişaf Mərkəzinin rəsm dərnəyinə yazılmaq istəyir. Mərkəzin müəllim və dərnək rəhbərlərindən ibarət münsiflər heyyəti 6-12 yaş arası olan uşaqların rəsm çəkmək istedanı yoxlaaraq onların bacarıqlarını qiymətləndirir. Bununla paralel olaraq mərkəzin xor, qiraət, rəqs eləcə də digər bölmələri üzrə dərnəklərə də müraciət edən uşaqlar müsabiqə yolu ilə mərkəzə seçilirlər.
Uşaq Gənclər İnkişaf Mərkəzində uşaq, yeniyetmə və gənclərin yaradıcılıq qabilliyətinin inkişafı və onların asudə vaxtlarını səmərəli təşkil etmək üçün imkanlar var. Mərkəzə 1-ci 11-ci siniflərdə oxuyan şagirdlər qəbul olunur. Yeni tədris ili üçün ümumilikdə 18 dərnəkdə 1350 uşağın qəbulu nəzərdə tutulur.
Gəncənin musiqi və incəsənət məkətblərinə də istedadlı və bacarıqlı şagirdlərin seçimi aparılır. May ayından sənədlərini təqdim edən şagirdlərin mahnı duymaq, yaddaş eləcə də musiqiyə aid bilikləri mütəxəsislər tərəfindən yoxlanılır.
Elnur Vahidoğlu
- Baxış: 418