• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1511
— 07.09.2022 16:10

500-ə yaxın müəllim "anbar", "şənbə" və "pambıq" sözlərinin düzgün yazılışını tapa bilməyib

KepezTV Player

25-28 yaşlı müəllimlərin hamısı sertifikasiyadan uğurla keçib. Bunu elm və təhsil naziri Emin Əmrullayev Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransında çıxışında deyib. O bildirib ki, əsas problem 35-39 yaşdan başlayır. Nazir qeyd edib ki, 469 müəllim sertifikasiyada “anbar”, “şənbə” və “pambıq” sözləri verilmiş test tapşırığında sözün düzgün yazılışını tapa bilməyib. Bu, sertifikasiyada iştirak edənlərin 18 faizini təşkil edir. Əməkhaqqılarına əlavələrini erkən almaq istəyən bəzi müəllimlərin könüllü olaraq sertifikasiyada vaxtından əvvəl iştirakına icazə verilib-verilməyəcəyinə aydınlıq gətirilib. Artımlarını erkən almaq istəyən müəllimlərə sertifikasiyada vaxtından əvvəl iştirakına icazə verilməyəcək. Yeni tədris ili başlayana qədər müəllimlərin sertifikasiya imtahanının müsahibə mərhələsinin keçirilməsi də planlaşdırılır.

Nazir məktəbli formaları ilə bağlı problemlərə münasibət bildirib. Bildirib ki, bu məsələ tövsiyə olunandır, məcburi deyil. Məktəbli geyimlərinin rəngi və forması ilə bağlı qərar isə məktəb tərəfindən verilməlidir.