• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 920
— 06.09.2022 12:35

“ADEX”-də ölkəmizin hərbi-sənaye kompleksinin gücü nümayiş etdirilir

KepezTV Player

4-cü Azərbaycan Beynəlxalq Müdafiə “ADEX” və 13-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə “Securex Caspian” sərgiləri Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü və təşkilatçılığı və Müdafiə Nazirliyinin dəstəyi ilə keçirilir. “ADEX” müasir silah və texnikanın sərgisi Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı Zəfərdən sonra ilk dəfə keçirilir. Sərgidə Azərbaycan Ordusunun qələbəsində müstəsna rol oynamış ölkənin hərbi-sənaye kompleksinin gücü və qüdrəti, müasir silahlar nümayiş etdirilir.26 ölkədən 200-dən çox şirkəti bir araya gətirən sərgidə İordaniya, Belarus, İran, İsrail, Qazaxstan, Pakistan, Rusiya, Türkiyə və digər ölkələr iştirak edirlər.