• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1254
— 05.09.2022 16:23

“TurAz Qartalı - 2022” təlimlərinin açılış mərasimi keçirilib

KepezTV Player

Bu gün “TurAz Qartalı - 2022” birgə taktiki-uçuş təlimlərinin açılış mərasimi keçirilib. Tədbirdə Azərbaycanın və Türkiyənin hərbi qulluqçuları,  Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və başqaları iştirak ediblər. Vurğulanıb ki, bu cür təlimlərin keçirilməsi birgə fəaliyyətlərinin planlaşdırılması, qarşılıqlı əlaqə və döyüş uzlaşmasının öyrənilməsi, eləcə də axtarış-xilasetmə tədbirlərinin icrası baxımından mühüm əhəmiyyət kəsb edir. Sonra təlimlərin məqsədi, şəxsi heyətin hazırlığı, yerləşməsi, cəlb edilən qüvvələr, icra edilən tapşırıqlar, aviasiya vasitələrinin uçuşu və istifadəsi barədə brifinq verilib.