• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 712
— 05.09.2022 12:06

Şəxsi istifadə üçün 2 kq-dan çox marixuana

KepezTV Player

Şəmkir rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən Valeh Cəfərov saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman “marixuana” aşkar edilib. Saxlanılan şəxsin ətrafında aparılan istintaq tədbirləri nəticəsində onun yaşadığı evdə də narkotik vasitə aşkarlanıb və 2 kq-dan çox “marixuana” götürülüb. Dindirilmə zamanı saxlanılan şəxs narkotik vasitəni şəxsi istifadəsi üçün əkdiyini bildirib. Faktla bağlı Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.