AFFA-nın maliyyə dəstəyi ilə reallaşan tədbir uşaq, yeniyetmə və gənclər arasında futbolun populyarlaşmasına, kütləviliyin artırılmasına və asudə vaxtın səmərəli təşkil olunmasına xidmət edir. Elə açılış mərasimində çıxış edənlər də bu məqsədləri irəli sürərək həyata keçirilən layihənin əhəmiyyətindən bəsh ediblər. Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov, "Kəpəz" futbol klubunun icraçı direktoru İlqar Nadiri, "sarı-göylər"in sabiq kapitanı Azər Məmmədov, bu yaxınlarda Almaniyanın "Ayntraxt" Frankfurt klubu ilə müqavilə bağlayan Etibar İbrahimov, eləcə də Gəncə təmsilçisinin yerli və legioner futbolçuları tədbir iştirakçılarına uğurlar arzulayıb, layihənin istedadı, bacarığı ilə seçilənləri üzə çıxaracağına inandıqlarını bildiriblər. Açılışdan sonra "Kəpəz"in futbolçuları Tural Rzayev, Mixeili Erqemlidze, Giorgi Kantariya və Abdullahi Şuaybu layihə iştirakçıları üçün ustad dərsləri keçiblər. Peşəkarlar topun düzgün ötürülməsi, qapıya zərbələrin dəqiq vurulması yönündə tövsiyyələr verib, praktiki biliklərini bölüşüblər. Sehrbaz layihəsində 12-25 yaşarası iştirakçılar müxtəlif müsabiqələr üzrə yarışacaqlar. Layihə 2 həftə davam edəcək. Sehrbaza qatılanlar həftənin şənbə və bazar günləri topla sehrlərini nümaiş etdirəcəklər.
1 nömrəli sehrbaz layihəsinin müəllifi Turqay Əliyevdir. Kəpəz televiziyası layihənin media dəstəkçisidir.
- Baxış: 530