• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2243
— 03.09.2022 20:59

Narkotik satan Ağdam sakini Bərdədə saxlanılıb

KepezTV Player

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb. Əməliyyat-axtarış tədbirləri ilə Ağdam rayon sakini Arzuman Niftalıyev yaxalanıb. Onun üzərinə baxış zamanı narkotik vasitə olan marixuana aşkar edilib. Araşdırmalarla A.Niftalıyev narkotik vasitəni Şaxmalı adlı şəxsdən aldığını bildirib. Davam etdirilən tədbirlər nəticəsində Ağdam rayon sakini Şaxmalı Cəfərov da saxlanılıb. Onun evində aparılan axtarış zamanı çəkisi 5 kiloqram 200 qram olan marixuana aşkar edilərək götürülüb. Faktla bağlı Bərdə RPŞ-də cinayət işi başlanılıb, araşdırma aparılır.