• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2150
— 03.09.2022 20:55

Tovuzda 30-a yaxın sürücü cərimələnib

KepezTV Player

Tovuz rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə profilaktiki-monitorinq tədbirləri keçiriblər. Tədbir zamanı nəqliyyat vasitəsində konstruksiya dəyişikliyi, təhlükəsizlik kəmərindən istifadə etməmə, avtomobildə ixrac olunan qazların normadan artıq olması, dayanma-durma qaydalarının pozulması kimi hallara yol verən sürücülər müəyyən ediliblər. Onlarla profilaktiki söhbətlər aparılaraq, həm özlərinin, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyini təmin etmələrinin vacibliyi xatırladılıb. Kobud qayda pozuntularına yol verən 30-a yaxın sürücü barəsində inzibati qaydada tədbir görülüb, bir neçə avtomobilin istismarı dayandırılaraq duracağa aparılıb.