• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 722
— 03.09.2022 18:43

Məktəbli formalarının qiymətləri necədir?

Məktəblərdə vahid formaların tətbiq olunması məqsədilə yeni məktəbli formalarının satışına başlanılıb. Gəncə- Daşkəsən Təhsil İdarəsindən bildirilib ki, məktəbli formalarının satışı üçün Gəncədə hər hansı məntəqə yaradılmayıb və bu proses fərdi qaydada həyata keçirlir. Valideyinlər pərakəndə satış qiymətlərinə uyğun olaraq məktəbli formalarını əldə edə bilirlər. Qiymətlə bağlı isə hər hansı tənzimləmələr həyata keçirilmir. 
Raminə Məmmədova - Gəncə-Daşkəsən Təhsil İdarəsinin məsləhətçisi: Ümumtəhsil məktəblərində vahid məktəbli formaları ilə bağlı vahid bir tələb yoxdur. Beləki məktəb rəhbərliyi bununla bağlı qərar qəbul edir hansı məktəli formalarını rəng olaraq seçirsə. Buna uyğun olaraq valideyinlərə məlumat verilir. Və yenə də valideyinlər məcbur edilmir. Bunu alada bilerler almaya da bilərlər. Ümumtəhsil məktəblərində konkret məktəbli formasına keçid məqsədi məktəblərdəbərabərliyin formalaşmasıdır. Şagirdlərin evi məktəbə daşımaması, konkret bir formasının olmasıdır.
Ruhiyyə Qasımova-satıcı: Məktəbli formalaraımız 5 yaşdan 15 yaşa kimi yəni 1ci sinifdən 11ci sinfə kimi mövcuddur. Qiymətlərdə hər çeşiddə var. İçi yun jaketlər var 25 manata. Biraz sadə jaketlərdə var biraz nazik formada. Yupkalar 26 manatdan başalyır. 24 manatda var. 16 manata var. Hər bir qiymətə mövcuddur geyimlər.
Təhsil Nazirliyindən hazırda istifadədə olan geyim formalarının 2022-2023-cü tədris ilinin sonunadək tətbiq edilməsinə icazə verildiyi bildirilib.