• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2441
— 02.09.2022 20:18

Ali məktəblərə qəbul olanların qeydiyyatına başlanılır

KepezTV Player

Bu gündən etibarən ali məktəblərə qəbul olanların qeydiyyatına başlanılıb. Tələbə adını qaznan abituriyentlər saat 12:00-dan etibarən bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə qeydiyyat prosesini tamamlaya bilərlər.  Bununla yanaşı qeydiyyata düşmək istəyənlər üçün universitetlərdə xüsusi məntəqələr də yaradılıb. Bu proses Azərbaycan Texnologiya Universiteti və Gəncə Dövlət Universitetlərində də eyni qayda ilə aparılır.

Ali təhsil müəssisələrinə qəbul olan abituriyentlər portal.edu.az sistemindən qeydiyyatdan keçərək “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciətlərini təsdiq edə bilərlər. Elektron sistem üzrə qeydiyyat sentyabrın 12-si saat 23:59-da yekunlaşacaq.

Bu gün qeydiyyat prosesi ilə yanaşı yenidən öz şansını sınamaq istəyən  abitruyentlər üçün 2 ci seçim turuna da start verilib.

Gəncədə fəaliyyət göstərən təhsil müəssələri sırasında  Gəncə Dövlət universitetində 1710 yer üzrə1587 tələbə yəni 93 faiz, Azərbaycan Dövlət Aqrar universitetində 1700 yer üzrə 1538 tələbə yəni 90  faiz, Azərbaycan Texnologiya universitetində isə 997 yer üzrə 970 tələbə yəni 97 faiz plan yeri dolub. Region universitetləri arasında Azərbaycan Texnologiya universiteti qəbul göstəricisinə görə ikinci yerdə dayanır.