• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2103
— 01.09.2022 17:30

Turşu hazırlayarkən qaydalara əməl olunmaması zəhərlənməyə səbəb olur

Yay fəslinin sonuncu aylarını yaşadığımız bu günlərdə azərbaycan xanımları demək olar ki, mətbəxdən çıxmırlar. Yayda asanlıqla və ucuz qiymətə əldə edilən təbii məhsulları qış üçün konservləşdirirlər. Hər zaman öz zənginliyi ilə seçilən xalqımızın süfrəsində yaydan hazırlanan turşu və şorabaların xüsusi yeri var. Ofelya xanımda qış üçün tədarük gördüyü bu turşuların hazırlanma qaydasını bizimlə bölüşüb.

Biz hər il yay vaxtı bu xiyardan istifadə edirik turşuya. İstifadə edən vaxt birinci təmiz yumaq lazımdı.

Havalar soyuyan kimi elə bir adam yoxdur ki, yeməyin yanında turşu sevməsin. Ümumiyyətlə, qış aylarını turşusuz təsəvvür etmək mümkün deyil. Məhz buna görə də xanımlar turşu ehtiyatını yaydan görməyə başlayırlar.

Bəs bu turşuların hazırlanması üçün lazım olan məhsulların qiymətləri necədir?

satıcı: qiyməti 1 manat, Buda 80 qəp, 70 qəp baxır da. Tikanlı xiyar turşu üçündü. Pomidor istəyir bahalı istəyir ucuz qoymaq olar.

satıcı: Banka pomidorları adətən balaca yığılır. 60qəpikdi kilosu. Hər kəsi qane edir. Salatlıqda böyük pomidorlardı. Goronboyun sahə pomidorlarıdı.Bankalıq xiyar da ayrıca seçirik. Yeməyə də bankayada ayrıca.

alıcı: banka turşusuna adətən xırdapomidordan qoyurlar ki, yaxşı olsun qışa qalsın. Ona görə də xırda seçmək lazımdı.İndi əvvəlcə mən dolmaya sonrada xırdalarını banka üçün seçəcəm. Sentyabrdadad qoymaq olur bunu. Mən iş adamı oduğum üçün inddiən edirəm ancaq.

Ekspertlər bildirirlər ki, məhsulu konservləşdirən zaman onun uzunömürlü olması xüsusi  sortlardan istifadə olunması daha mqsədəuyğundur.

Hüseyn İdrisov qida eksperti: İstehsal zamanı orda istifadə olunan  müxtəlif məmulatlar var.Sudu, duzdu, digər kimyəvi birləşmələrdən istifadə edirlər. Müxtəlif çeşidli digər tərəvəz bitkilərindən, sarımsaqdan istifadə edilir. Və bunlar qaynadılır. Bəzən görürsən ki, bitkinin daxilində azotlu maddərin, gübrələrin miqdarı həddindən artıq çox olubsa yəni məhsul nisbətən keyfiyyətsiz sayılır. Bu məhsuldan istehsal olunan bankalar  vaxtından əvvəl tulluyur. 3cü bir səbəbidə var saxlanma şəraiti. Bəzn görüsən ki, elə bir yerdə saxlayırlar ki, günəşdə olur. əSlində günəş şüası ilə təmasda olmamalıdır.Ama bəzər görüsən ki, müşahidə edirik ki, günəş şüası daxil olur. Buda qıcqırmaya səbəb olur.

Turşu hazırlayarkən diqqətli olmaq lazımdır. Onun tərkibinə qədərindən az və yaxud çox hansısa bir məhsulun əlavə edilməsi zəhərlənməyə, bəzən də ölümə səbəb ola bilər.

Şəhla Verdiyeva həkim: Təəsüf ki, əgər turşu qaydalarına əməl edilməzsə konversləşmə zamanı o zaman təhlükəli hal ala bilir. İlk öncə hamımızın bildiyimiz hər ildə kifayət  qədər çox rast gəlinən turşu səbəbindən zəhərlənmə və ölüm halları artıq bilirik. Turşu zəhərlənmələrində iki faktor var. İlk öncə tərkibindəki istifadə olunna məhsulların normadan artıq istifadə olunması ilə bağlıdır. Sirkə, esens, duz və.s ikincisi isə normal şəraitdə gigiyenikqaydalara riayət olunmadan hermetik qaydaları pozaraq bankaların konservləşdirilməsi zamanı müşahidə olunur.

Mütəxəsislər deyirlər ki, turşu düzgün hazırlandığı təqdirdə faydalı olur. Məhsulun tərkibində olan mikroelementler və vitaminlər  normal səviyyədə qalır, bununla da qış ərzində bizim vitamin aclığımız ödənir.