• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2052
— 01.09.2022 17:14

Romada Azərbaycanın İtaliyadakı səfirliyinin yeni binasının açılışı olub

KepezTV Player

Romada Azərbaycannın İtaliyadakı səfirliyinin yeni binasının açılışı olub.Prezident İlham Əliyev açılışda iştirak edib.Əvvəlcə dövlət başçısı səfirliyin həyətində ağac əkib. Sonra Prezident yeni binada yaradılan şəraitlə tanış olub.Prezident İlham Əliyev mərkəzin açılışı münasibətilə təşkil edilən “Mənim Azərbaycanım” adlı rəsm sərgisi ilə də tanış olub.

Romada İtaliya-Azərbaycan Universiteti üzrə əməkdaşlıq çərçivəsinin müəyyən edilməsi, fakültə və proqramların yaradılması ilə bağlı ADA Universiteti ilə İtaliyanın beş aparıcı ali təhsil müəssisəsi arasında akademik əməkdaşlığa dair imzalanmış sazişlərin mübadiləsi mərasimi keçirilib. Sənədlərin mübadiləsindən sonra Prezident İlham Əliyev çıxış edərək bildirib ki,İtaliya Azərbaycanın birinci ticarət tərəfdaşıdır. Keçən il ticarət dövriyyəsi 9,6 milyard, bu ilin yeddi ayında isə 11 milyard dollara çatıb. Biz Azərbaycanda təbii resurslardan əldə edilmiş gəliri insan kapitalına yönəldirik və bugünkü tədbir bunun əyani sübutudur. İtaliya ilə Azərbaycan arasında strateji tərəfdaşlığa dair iki sənəd imzalanıb. İtaliya-Azərbaycan Universiteti İtaliya-Azərbaycan dostluğu mərkəzi olacaq deyə prezident qeyd edib.