Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin İmişlinin Qaragüvəndikli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı bir nəfər naməlum şəxs tərəfindən İrandan Azərbaycan istiqamətində dövlət sərhədinin pozulması müşahidə edilib. Naməlum şəxs havanın qaranlıq və relyefin mürəkkəb olmasından istifadə edərək geriyə qaçıb.Sərhədboyu ərazidə gizlədilmiş naməlum bağlamanı götürən iki nəfərin şübhəli hərəkətləri sərhədçilərin diqqətini cəlb edib.Şübhəli şəxslər hadisə yerindən uzaqlaşmağa cəhd edərkən saxlanılıblar. Onların Abşeron sakini 1986-ci il təvəllüdlü Əlmanov Natiq Aydın oğlu və Şabran sakini 1971-ci il təvəllüdlü Rəsulov Tahir Zahir oğlu olması müəyyən edilib. Üzərilərinə baxış keçirilərkən 1 ədəd bağlamanın içərisində təxmini çəkisi 3 kiloqram 300 qram narkotik vasitəyə bənzər maddə və 800 ədəd “metadon-40” həbi aşkar olunaraq götürülüb.
Beyləqanın 1-ci Şahsevən kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində iki nəfər naməlum şəxs də İran istiqamətinə qaçıblar.Sərhəd pozucuları tərəfindən atılmış 2 ədəd bağlamanın içərisində təxmini çəkisi 16 kiloqram 740 qram narkotik vasitəyə bənzər maddələr götürülüb.Dövlət sərhədinin pozulması ilə bağlı xidməti itlərdə cəlb edilməklə keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində hadisə yerinin yaxınlığında içərisində palçıqlı paltarlar və ayaqqabılar olan sahibsiz halda qara rəngli “Mersedes” markalı 10 SE 862 dövlət nömrə nişanlı avtomobil aşkar olunub.Ərazidə əkin sahəsində gizlənmiş İmişli rayon sakini 1997-ci il təvəllüdlü Rzayev Əlihüseyn İlqar oğlu şübhəli şəxs qismində saxlanılıb. Araşdırma zamanı, o aşkarlanan avtomobilin ona məxsus olmasını və Bakı şəhərində tanış olduğu digər şəxslərlə birgə ərazidən narkotik vasitə götürmək məqsədilə gəldiyini etiraf edib.Hadisə yerindən qaçaraq sərhədboyu zolaqda gizlənən daha bir şəxs, Bakı şəhər sakini 1991-ci il təvəllüdlü Ağamalıyev Ramil Nazim oğlu da saxlanılıb. Faktlar üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
- Baxış: 524