• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1055
— 01.09.2022 17:08

Füzuli-Hadrut avtomobil yolunun tikintisi son mərhələdə icra olunur

KepezTV Player

Füzuli-Hadrut avtomobil yolunun tikintisi davam etdirilir.Uzunluğu 12 kilometr olan I texniki dərəcəli bu yol başlanğıcını “Zəfər Yolu”ndan götürür və yeni inşa edilən Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yoluna birləşir.

Avtomobil yolu 4 hərəkət zolaqlıdır. Yolun hərəkət hissəsinin eni 14 metr təşkil edir. Torpaq yatağının və yol əsasının inşası ilə yanaşı yolboyu atmosfer suların ötürülməsini təmin etmək məqsədi ilə müxtəlif diametlərə malik suötürücü boruların, həmçinin dərə sularının ötürülməsi üçün 1 dördbucaqlı su keçidinin tikintisi də yekunlaşmaq üzrədir.Tikintinin cari ilin sonunadək yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb edilib.